Bazar ertəsi, mayın 6-da xarici işlər naziri Hüseyn Əmir Abdullahian İraq Kürdüstanının prezidenti Neçirvan Bərzani və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici işlər naziri cənab Bərzaninin Tehrana səfərini İran və İraqın Kürdüstan bölgəsi arasında, xüsusən də iqtisadi və ticarət sahələrində əlaqələrin gücləndirilməsi üçün mühüm fürsət hesab edib və iki ölkə arasında əlaqələrin bundan sonra daha yüksək sürətlə irəliləyəcəyinə ümid etdiyini bildirib.
İraq Kürdüstanının prezidenti bu görüşdə həmçinin qeyd edib ki, İran İslam Respublikası bütün tarixi və mühüm hadisələrdə Kürdüstan bölgəsi və İraqın yanında olub və İraqın inkişaf prosesində İran İslam Respublikasının rolunu tarixi, konstruktiv və davamlı hesab edib.
Sizin rəyiniz